- Baxış sayı: 42
- 25 Sentyabr 2026 19:12
- Baxış sayı: 254
- Sentyabr 24, 2026
- 0

NBA təmsilçisi “Memfis Qrizliz” müdafiəçi Danjelo Rassellə yollarını ayırıb.
Allsport.az xəbər verir ki, 30 yaşlı basketbolçu bu ilin fevralında “Dallas”dan “Vaşinqton”a göndərilib.
qO, yayda isə çoxkomandalı mübadilə nəticəsində “Memfis”ə keçib. “Vaşinqton” basketbolçunun xidmətində maraqlı olmayıb və Rassel yanvar ayından NBA-da meydana çıxmayıb.
Müdafiəçi ötən mövsüm “Dallas”ın heyətində 26 oyunda orta hesabla 19 dəqiqə meydanda olub. O, bu qarşılaşmalarda 10,2 xal, 4 məhsuldar ötürmə və 2,3 ribaundla yadda qalıb. Rassel atışlarının 40,5, üçxallıq cəhdlərinin isə 29,5 faizində dəqiq olub.
Basketbolçunun müqaviləsinin son mövsümündə 6 milyon dollar qazanması nəzərdə tutulurdu.