- Baxış sayı: 57
- 06 Oktyabr 2026 23:06
- Baxış sayı: 89
- Oktyabr 08, 2026
- 0

ABŞ-nin “Çikaqo Bulls” komandasının heyətində 6 dəfə NBA çempionu olan əfsanəvi basketbolçu Maykl Cordana məxsus və oyun zamanı geyinilmiş geyim hərracda 12,26 milyon dollara satılıb.
Allsport.az xəbər verir ki, 63 yaşlı keçmiş idmançı həmin ağ rəngli “Çikaqo Bulls” formasını 1998-ci ildə “Yuta”ya qarşı NBA final seriyasında geyinib.
O, həmin qarşılaşmada 24 xal toplayıb.
Komanda sonda seriyanı qazanaraq klub tarixində 6-cı çempionluq titulunu əldə etmişdi.