- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 227
- Noyabr 09, 2026
- 0

“Yurqorden” klubu İsveç kubokunun seçməsində 2-ci mərhələdə 1-ci divizionun lideri “Sandvikens”ə 5:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, bununla da “ağ-göylər” mübarizəni qrupda davam etdirəcək.
Musa Qurbanlı adıçəkilən görüşdə start heyətində meydana çıxıb. Azərbaycan millisinin hücumçusu 12-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. O, yay transfer pəncərəsində keçdiyi yeni klubunda ilk dəfə fərqlənib.