İtaliyanın seks simvolunun qolkiperdən övladı olub. Teleaparıcı qızını öz ad günündə dünyaya gətirib

İtaliyalı idman jurnalisti və teleaparıcı Diletta Leotta ana olub. Allsport.az saytı xəbər verir ki, 32 yaşlı həmkarımız 30 yaşlı almaniyalı qapıçısı Loris Kariusdan qız övladı dünyaya gətirib.

Aria adını alan qız avqustun 16-da – Leottanın doğum günündə dünyaya gəlib. “Beşikdaş”ın keçmiş qapıçısının onunla görüşməsi 2022-ci ilin payızında məlum olub.

Diletta ölkəsinin ən tanınmış televiziya aparıcılarından biridir və tanınmış seks simvoludur.

Loris hazırda “Nyukasl Yunayted”in qolkiperidir.

Həmin kateqoriyadan