- Baxış sayı: 43
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 220
- Noyabr 09, 2026
- 0

“Sabah”ın baş məşqçisi Jelko Sopiç premyer liqanın 18-ci turunda evdə “Səbail”lə heç-heçə etdikləri oyundan (0:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis nəticəni şərh edib:
“Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik. Komandamda ən hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir”.