Jelko Sopiç: “Futbolçulara verdiyim göstərişləri meydanda gördüm”

Premyer liqanın 13-cü turunda “Qarabağ”a evdə 0:1 hesabı ilə uduzan “Sabah”ın baş məşqçisi Jelko Sopiç jurnalistlərin suallarını cavablandırıb.

Allsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

“Oyundan əvvəl Azərbaycanın ən güclü klubuna qarşı oynayacağımızı bilirdik. Müdafiə blokunda olmalıydıq. Futbolçulara verdiyim göstərişləri meydanda gördüm. Onlar oyunda öz ürəklərini qoydular. Fərdi keyfiyyətlərə baxanda “Qarabağ” güclüdür. Bu gün 4-4-2 sistemi ilə oynadıq. Mənim fəlsəfəmdə sistematik oyun yoxdu. Futbolçularıma irad bildirə bilmərəm, onlar hər şey etdilər”.

Həmin kateqoriyadan