- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Premyer liqanın 16-cı turunun “Sabah” – “Qəbələ” (3:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Jelko Sopiç fikirlərini bölüşüb.
Allasport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qələbəni şərh edib:
“Uzun müddətdi davam edən qələbəsizlik seriyasına son qoymağımız yaxşı oldu. İlk qolu buraxdıqdan sonra futbolçular əzmkarlıq göstərdilər. Geri dönüş etməyi bacardıq.
Yeni gələnlər hələ tam uyğunlaşmayıb. Gündən-günə daha yaxşı olacağıq. Futbolçularım bu gün yaxşı mübarizə apardılar. Meydanda əllərindən gələni etdilər. Buna görə onlara təşəkkür edirəm”.