Jelko Sopiç: “Hücumda daha dəqiq olmalıyıq”

Türkiyənin Antalya vilayətinin Bələk bölgəsində təlim-məşq toplanışında olan “Sabah” ikinci yoxlama oyununda Rumıniyanın “Akademika Klinçeni” klubu ilə heç-heçə edib – 0:0. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisinin xorvatiyalı baş məşqçisi Jelko Sopiç klubun saytına oyunla bağlı fikrini bildirib:

“Bu gün oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı. Rəqibə fərqlənmək üçün çox fürsət vermədik. Oyunçularımızın zədə almadığına görə də şadam. İkinci hissədə bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik.

Hücum xəttində daha dəqiq olmalıyıq. Ancaq ümumi götürdükdə, sərgilədiyimiz oyundan razı qaldım. Bu, bizim istədiyimiz oyundur. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq”.

Həmin kateqoriyadan