Jiru MLS yolunda

“Milan”ın hücumçusu Olivye Jiru və MLS-dən “Los Anceles” klubu futbolçunun yayda transferi ilə bağlı danışıqlara başlayıb.

Allsport.az xəbər verir ki, 37 yaşlı fransalının İtaliya klubu ilə müqaviləsi iyunda başa çatır, ona görə də o, növbəti komandasına pulsuz qoşulacaq.

Bu mövsüm Jiru 36 matçda iştirak edib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan