- Baxış sayı: 35
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Avqustun 20-də AFFA-nın hakimlər komitəsi KİV nümayəndələri üçün videokonfrans formatında seminar keçirəcək. Allsport.az xəbər verir ki, saat 11:00-da başlayacaq seminarda oyun qaydaları ilə bağlı ən son yeniliklər mətbuat nümayəndələrinin diqqətinə çatdırılacaq.
İştirak etmək istəyən KİV nümayəndələrinin bu gün saat 17:00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçməsi (ad-soyad, təmsil etdiyi KİV) xahiş olunub.
Qeydiyyat başa çatdıqdan sonra videokonfransa qoşulmaq üçün müvafiq texniki detallar KİV nümayəndələrinən e-mail ünvanına göndəriləcək.