“Kəpəz”də yeni baş məşqçi

Allsport.az xəbər verir ki, “Kəpəz” ictimai birliyinin idarə heyətinin iclası keçirilib. İclasın gündəliyinə 2 məsələ daxil edilib. İdarə heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub. Mehman Allahverdiyev Müzadil Həsənov “Kəpəz” klubunun idarə heyətinə üzv qəbul edilib. İdarə heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.

Həmin kateqoriyadan