“Kəpəz” ev oyunları bu stadionda keçirəcək

Gəncə şəhər stadionunda aparılan əsaslı yenidənqurma ilə əlaqədar olaraq, “Kəpəz” ev oyunlarını Tovuz stadionunda keçirəcək. Allsport.az saytı xəbər verir ki, klubunun rəsmi müraciəti, qarşı tərəfin razılıq məktubunu nəzərə alan Peşəkar futbol liqası bununla bağlı qərar qəbul edib.

“Kəpəz” qonaqlarını qış fasiləsinə qədər Tovuzda qəbul edəcək. Əvəzedici heyət Gəncə stadionunun ehtiyat meydançasından istifadəyə davam edəcək.

Bununla əlaqədar olaraq, 10-cu turunun cədvəllərində dəyişiklikləri həyata keçirib.

21 oktyabr

Premyer liqa

10-cu tur 

“Kəpəz” – “Zirə”
Tovuz şəhər stadionu, 15:00

19 oktyabr 

Əvəzedicilər liqası

10-cu tur

“Turan Tovuz” – “Qarabağ”
Tovuz şəhər stadionu, 14:00

Həmin kateqoriyadan