- Baxış sayı: 12
- 23 İyun 2026 14:00
- Baxış sayı: 174
- İyun 23, 2026
- 0

Azərbaycan çempionatları tarixində bir futbolçunun eyni oyunda vurduğu qol sayında rekord 7-yə bərabərdir. Allsport.az xəbər verir ki, bu göstəriciyə ilk dəfə Fazil Pərvərov nail olub.
“Kəpəz”in futbolçusu 27 il əvvəl bir matçda 7 dəfə fərqlənib. Onun rekordu təxminən 3 il sonra təkrarlanıb. Gəncə klubunun daha bir üzvü Rövşən Əhmədov eyni uğuru gerçəkləşdirib.
Ölkə çempionatlarının 28 illik tarixində 5-dən çox qol vuran 3-cü və hələlik sonuncu futbolçu Alay Bəhramovdur. “Viləş”in bombardiri 21 il əvvəlki uğuru zamanı “Kəpəz”in futbolçuları qədər – 7 qol vura bilməsə də, 6 topla çempionatın ən məhsuldar heç-heçəsində pay sahibi olub.