- Baxış sayı: 33
- 22 İyun 2026 14:00
- Baxış sayı: 66
- İyun 22, 2026
- 0

Topaz Premyer Liqasının 12-ci turunda AzAL-la oyundan sonra 3 günlük istirahətə buraxılan “Kəpəz” noyabrın 11-dən məşqləri bərpa edib. Allsport.az xəbər verir ki, komanda gündə bir dəfə “Dalğa Arena”da hazırlıq keçir.
“Sarı-göylər”in bu günkü məşqini komandanın zədəli futbolçusu Dario Frederiko da izləyib. Məşqdən sonra məşqçilər korpusu və futbolçularla bir-bir görüşüb sağollaşan braziliyalıya əməliyyat öncəsi uğurlar arzulanıb. Hamı Darionun tezliklə düşərgəyə dönməsini diləyib.
Xatırladaq ki, meniski zədələnən yarımmüdafiəçi bu gün ölkəmizi tərk edərək əməliyyat olunmaq üçün vətəninə yollanacaq.