- Baxış sayı: 0
- 22 İyun 2026 15:13
- Baxış sayı: 78
- İyun 22, 2026
- 0

Bu gün keçirilən son məşqlə “Kəpəz” Topaz Premyer Liqasının 13-cü turunda səfərdə qarşılaşacağı “Qarabağ”la görüşün hazırlığını tamamlayıb. Allsport.az xəbər verir ki, Ağdam klubu ilə oyun öncəsi “sarı-göylər”in heyətində itkilər var.
Bəxtiyar Soltanov cəza üzündən, Dario Frederiko əməliyyat olunduğundan komandaya kömək edə bilməyəcək. Məşqdə zədələnən və ayağında ağrıları olan Tərlan Quliyevin də oynaması sual altındadır. Klubun tibb personalı müdafiəçinin müalicəsi ilə məşğuldur.
Uzun müddət zədəli olan və heyətə yeni qoşulan Kərim Diniyevin isə tam hazır olmadığından oyunu buraxacağı dəqiqdir.