- Baxış sayı: 24
- 06 Avqust 2026 19:34
- Baxış sayı: 180
- Avqust 05, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Gəncə klubu buna premyer liqada nail olub. Evdə “Neftçi”ni qəbul edən “sarı-göylər”in yubiley qolunu Mate Kvirkviya vurub. O, penaltidən fərqlənib.
Bununla da “Kəpəz” ölkə çempionatları tarixinə öz meydanında 600 və daha çox qol vuran 3-cü komanda kimi düşüb. Yalnız “Qarabağ”la “Neftçi” daha çox fərqlənib.
Nizami yurdunun təmsilçisi həm evdə, həm də ümumiyyətlə ölkə çempionatlarında ilk qoluna 1992-ci il mayın 3-də nail olub. “Turan”la qarşılaşmada (2:1) Cavid Əhmədov tarixi qolun müəllifi olub.
Misli premyer liqasının ilk turunda meysan sahibləri “ağ-qaralar”a 1:0 qalib gəlib.