Kafu “Qarabağ”ın qonağı olub

Bu gün “Qarabağ”ın bazası xüsusi qonaq qəbul edib. Allsport.az saytı xəbər verir ki, Braziliya millisinin heyətində 2 dəfə dünya çempionu olmuş, eləcə də “Roma” və “Milan”dan tanıdığımız Kafu klubu ziyarət edib.

Uzun illər “Qarabağ”la əməkdaşlıq edən Xüsusi Olimpiya Hərakatının xətti ilə ölkəmizə gələn ünlü futbolçu, direktoru Əmrah Çəlikəl, baş məşqçisi Qurban Qurbanovla görüşüb və çay masası arxasında klubumuzun son illərdə çıxışından söhbət açılıb.

Sonda isə Kafuya “Qarabağ”ımızın “2” nömrəli forması hədiyyə olunub. Komandamızın braziliyalı qolkiperi Vaqner Da Silva da həmyerliləri ilə görüşü maraqlı alınıb. Qapıçımız 2-qat düna çempionuna formasını hədiyyə edib.

Həmin kateqoriyadan