Kamal Küveytdə 2-ci qolunu vurdu

Kamal Mirzəyev “Əl-Salmiyə”də növbəti oyununu keçirib.

Allsport.az xəbər verir ki, komanda “Prince Cup”un ilk mərhləsində “Əl-Cəhrə” ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında isə “Əl-Salmiyə” məğlub olub və mübarizəni dayandırıb.

Kamal matçın 60-cı dəqiqəsində oyuna daxil olub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Bu, Kamalın Küveyt klubunda vurduğu 2-ci qol olub.

Həmin kateqoriyadan