Kamaldan məhsuldar ötürmə

Küveyt premyer liqasında 7-ci turun oyunları keçirilir.

Allsport.az xəbər verir ki, Kamal Mirzəyevin çıxış etdiyi “Əl-Salmiyə” “Əl-Sahel”i qəbul edib və 5:1 hesablı qələbə qazanıb.

Kamal oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 25 yaşlı yarımmüdafiəçi qarşılaşmada 1 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunu yüksək səviyyədə keçirən Kamal 47-ci dəqiqədə Fabianonun vurduğu qolun ötürməsini verib. 

Kamal Küveyt çempionatında daha öncə qol vurmuşdu.

“Əl-Salmiyə” 14 xalla 10 komanda arasında 2-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan