Kamalın komandası lider oldu

Küveyt premyer liqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Kamal Mirzəyevin çıxış etdiyi “Əl-Salmiyə” səfərdə “Əl-Küveyt”i 2:1 hesabı ilə məğlub edib.

Ötən matçlarda olduğu kimi Kamal bu dəfə də parlaq oyun nümayiş etdirib və komandasının qələbəsində önəmli pay sahibi olub.

25 yaşlı futbolçu bu mövsüm 1 qol vurub, 1 assist edib.

“Əl-Salmiyə” 17 xalla 10 komanda arasında 1-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan