Kamran Quliyev: “Neftçi” hər brendlə işləyə bilməz. PFL-ə yeni sponsor arzulayıram

Bu gün “Bakcell arena”da “Neftçi” klubu ilə “Buta Qlobal Enerji-Tekstil” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Allsport.az saytı xəbər verir ki, 2 il müddəti nəzərdə tutulan anlaşmada “ağ-qaralar”ın prezidenti Kamran Quliyev buun dedi:

“Son qələbənin ardından hamının əhvalı yaxşıdır. Klubumuzu tanıtmağa ehtiyac yoxdur. Ölkənin ən titullu, ən çox azarkeşə sahib komandasıyıq. Tarix boyu klubumuz nəinki Bakını, bütün ölkəni təmsil edib. Türkiyədə böyük “dördlük” varsa, bizdə həmişə “Neftçi” olub. Türkiyə yığması Avropa çempionatında oyunlarını Bakıda keçirəcək. Əminəm ki, yerli azarkeşlər qardaş ölkəni dəstəkləyəcəklər. Onlara uğurlar arzulayıram.

“Neftçi” hər brendlə işləyə bilməz. “Sarar” markası Azərbaycanda çox tanınan, qapılarını müştərilərə açan şirkətdir. Futbolumuz parlaq dönəm yaşamır, çətinliklər var. Hər dövrün öz göstəricisi var. Bu üzdən, anlaşma yerinə düşdü. İnanmaq istəyirəm ki, digər şirkətlər də futbola dəstək olacaq. Futbol xalq oyunudur. Bizim digər idman növlərində uğurlarımız var, amma futbola maraq sönməyib. 

Bu, son müqavilə deyil, ardı olacaq. Əvvəllər PFL-in “Yunibank”, “Topaz” kimi sponsorları olub. İnanmaq istəyirəm ki, onlarda alınacaq. Ramin Musayev təcrübəli adamdır. PFL-ə yeni sponsor arzulayıram”.

Həmin kateqoriyadan