Kapitan məşqlərə başlayıb

“Neftçi” hazırlğı davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gün komanda İsmət Qayıbov adına bazada növbəti məşqə çıxıb.

Məşqdə zədəli Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər.

Əvəzində, zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan Ruslan Abışov məşqlərə başlayıb. Kapitan komanda üzvlərindən ayrı fərdi məşq edib. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Noyabrın 25-də “Bayıl arena”da “Səbail” – “Neftçi” oyununa saat 17:00-da start veriləcək.

Həmin kateqoriyadan