- Baxış sayı: 17
- 23 İyun 2026 22:59
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Premyer liqanın 12-ci turunun “Sumqayıt” – “Qarabağ” (2:1) oyunu meydan sahiblərindən Vurğun Hüseynov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən çıxış etdiyi komandanın heyətində 159-cu çempionat matçına çıxıb.
O bu müddətdə cəmi 1 qol vurub. Kapitan “Sumqayıt”la ən çox oyun keçirən futbolçu adına yiyələnib. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.