Kapitanın “Qarabağ”da 450-ci oyunu

Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, yubiley premyer lisının 12-ci turunda “Qəbələ” ilə səfər təsadüf edib.

Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında “köhlən atlar”ın rekordçusu olan 31 yaşlı müdafiəçi, 450 qarşılaşmada 13 qol vurub. O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) matç keçirib.

Maksim “Qarabağ”ın əsas heyətində 2006/07 mövsümündə debüt edib.

Həmin kateqoriyadan