- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Avstriya futbol federasiyası bundesliqanın lideri LASK-ı cəzalandırıb. Allsport.az xəbər verir ki, Lints təmsilçisi çempionatın bərpası ilə bağlı tərtib edilən qaydalara əməl etməyib.
Federasiya klublara fərdi məşqlərə icazə versə də, LASK kollektiv hazırlıq keçib.
Bu səbəbdən federasiya klubun 6 xalını silib və 75 min avro cərimələyib.
6 xalı silinən LASK 2-ci pilləyə düşüb. “Zalsburq” isə ilk pilləyə yüksəlib.
Avstriya bundesliqası iyunun 2-də bərpa olunacaq.