“Karyeramın ən gözəl dövrünü Sumqayıtda keçirdim”

Aydın Bayramovun 2019-cu ilin yanvarında başladığı “Sumqayıt” karyerası bu gün rəsmən başa çatır. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı qapıçı bununla bağlı belə deyib:

“Karyeramın ən gözəl dövrünü bu klubda, bu şəhərdə keçirdim. Bu klub və bu şəhər mənə çox şeylər öyrətdi. 4 il uğurları üçün çalışdığım bir məkanı, bir klubu tərk etmək bir peşəkar idmançı üçün çox ağırdır.

Bu gözəl illər üçün komanda yoldaşlarım, inzibati heyət,bütün ofis əməkdaşları və ən əsası azarkeşlərə dərin təşəkkürümü bildirirəm”.

Həmin kateqoriyadan