- Baxış sayı: 197
- 05 May 2026 21:36
- Baxış sayı: 72
- May 06, 2026
- 0

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İran İslam Respublikasında keçirilən 33-cü “İran Fajr İnternational Challenge” turnirində gümüş medal qazanıb.
Allsport.az xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan Keişa finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib. O, qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Nəslihan Arınla üz-üzə gəlib.
Oyun turnirin reytinq favoriti Nəslixanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.
21 yaşlı badmintonçumuz hazırda dünya badminton federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.