Keişadan son görüşdə qələbə

Badmintonçumuz Keişa Fatimə Zəhra Polşada keçirilən 3-cü Avropa oyunlarında qadınların şəxsi yarışında “D” qrupunda son görüşünü keçirib.

Allsport.az xəbər verir ki, son turda qrup liderliyi uğrunda Almaniya təmsilçisi Li Yvonne ilə qarşılaşan Fatimə Zəhra gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə təcrübəli rəqibi üzərində qələbə qazanmağı bacarıb. 3 set davam qarşılaşma Keişa Fatimə Zəhranın 2:1 (17-21, 21-18,21-17) hesablı qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan