- Baxış sayı: 32
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 213
- Noyabr 09, 2026
- 0

“Keşlə”nin əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar.
Allsport.az xəbər verir ki, klubun saytı adı çəkilən şəxslərin 2017-ci ildə “Binə” klubundakı fəaliyyətlərinə görə izahat verdiyini bəyan edib.
“Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.