- Baxış sayı: 34
- 28 Aprel 2024 18:00
- Baxış sayı: 34
- Aprel 28, 2024
- 0
Bu gün “ASK arena” stadionunun konfrans zalında “Keşlə” nümayəndələrinin və azarkeş klubunun bir qrup üzvünün iştirakı ilə görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda futbolda irqçiliklə mübarizə və əlil azarkeşlərə qayğı göstərilməsi məsələləri müzakirə olunub.
Hər 2 məsələnin diqqət mərkəzində saxlanılmasının vacibliyi vurğulanıb, futbol meydanlarında irqçiliyə və ayrı-seçkiliyə yol verilməməsinin zəruri olduğu bildirilib.