- Baxış sayı: 44
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Keşlə” danışılmış oyunlarla bağlı aparılan araşdırmalar nəticəsində günahları sübut olunmuş əsas komandasının məşqçisi Mehman Babayev və inzibatçısı Asəf Səfərovun müqavilələrinə xitam verib.
Allsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Müvafiq qərar klubun daxilində keçirilmiş iclasdan sonra qəbul olunub.
Adı çəkilən şəxslər 2017-ci ildə “Binə”də çalışarkən oyunların manipulyasiyasında iştirak etdiklərinə görə bir müddət əvvəl hüquq-mühafizə orqanlarına izahat veriblər.