- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0
Mövsümün 2-ci yarısına hazırlaşan “Keşlə” kamerunlu hücumçu Anatole Abanqı heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı mərkəz forvardı ilə 1 illik müqavilə imzalanıb.
Son olaraq Moldovanın “Şerif” klubunda çıxış edən forvard, buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın “SJK”, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında forma geyinib.
Həmçinin, Kamerun millisinin heyətində 6 oyun keçirən Anatolenin hesabında 1 qol və 1 məhsuldar ötürmə var.