“”Keşlə”ni əks hücumda yaxalayırdıq”

“Zirə” premyer liqanın 10-cu turunda “Keşlə”yə 3:1 qalib gəlməklə, yarış cədvəlində “Qarabağ”la şərikli liderliyi davam etdirdi. Allsport.az saytı xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov durumu belə dəyərləndirib:

“Çox gərgin və maraqlı oyun oldu. Topa daha çox nəzarət etməyə çalışdıq. Hər iki kollektiv birinci hissədə ehtiyatlı oynamaq istəyirdi. Amma ikinci yarıda açıq futbol gördük. Hər 2 komanda qol vurmaq və qələbə qazanmaq istəyirdi.

Bizim üçün önəmli qələbə idi. Komandanı və futbolçuları təbrik edirəm. Buraxdığımız qoldan sonra rəqib daha böyük qüvvə ilə irəli atılmağa başladı. Komandamız buna yaxşı reaksiya verdi. “Keşlə”ni əks hücumda yaxalayırdıq. Qol epizodalarımız çox oldu. Sonra isə üçüncü qolu vura bildik”

Həmin kateqoriyadan