“Keşlə”nin qapıçısı Moldova millisinin rekordçusudur

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir. Allsport.az saytı xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.

Həmçinin qapıçımız bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır. O, Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.

Namaşko 2019-cu ildən komandamızın şərəfini qoruyur. Qolkiper cari mövsüm “Keşlə”nin premyer liqada keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.

Həmin kateqoriyadan