“Keşlə”nin rəqibləri

Yanvarın 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək “Keşlə”nin yoxlama oyunlarındakı rəqibləri bilinib.

Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyadakı ilk sınağında Almaniyanın III bundesliqasında çıxış edən “Tsvikkau” ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu matçdan 5 gün sonra Tula “Arsenal”ı ilə qüvvəsini sınayacaq.

“Keşlə” Antalyada son oyununu yanvarın 24-də Slovakiyanın yüksək liqasında mübarizə aparan “Zemplin” komandasına qarşı keçirəcək.

Həmin kateqoriyadan