Kevin və Xulio üçün əlamətdar oyun

Premyer liqanın 3-cü turunda “Sabah” səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, qonaqların bu oyundakı qollarına 51-ci dəqiqədə Xulio Rodriqes və 90+2-ci dəqiqədə Kevin Kubemba imza atıblar.

Bu görüş hər iki futbolçu üçün əlamətdar olub. Həm Kevin, həm də Xulio “Sabah”ın heyətində rəsmi oyunlarda ilk qollarını vurublar. Hər iki futbolçu “Sabah”da qol hesabını açmaları ilə bağlı klubun saytına danışıblar.

Kevin Kubemba: “Sabah”da rəsmi oyunlarda ilk qolumu vuraraq komandamın qalib gəlməsində rol oynadığıma görə xoşbəxtəm. Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlana bildim”.

Xulio Rodriqes: “Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm. Ancaq məni bundan da çox sevindirəm məqam komandamın qələbəsinə töhfə verməyim oldu”.

Həmin kateqoriyadan