- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0
“Bavariya” hücumçusu Harri Keyn ilə müqavilənin müddətinin uzadılması barədə rəsmi danışıqlara başlayıb.
Allsport.az xəbər verir ki, Almaniya təmsilçisi 32 yaşlı ingiltərəli futbolçu ilə 2028-ci və ya 2029-cu ilədək nəzərdə tutulan yeni sözləşmə imzalamağı planlaşdırır.
Klubun idman direktoru Maks Eberl hazırda futbolçu ilə danışıqların aparıldığını təsdiqləyib. Bildirilir ki, Harri Keyn özü də Münhen klubunda qalmaqda maraqlıdır və hazırda karyerasını başqa komandada davam etdirmək niyyətində deyil. Onun “Bavariya” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatır.