- Baxış sayı: 35
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Sumqayıt” heyətinə yeni oyunçu cəlb edib. Allsport.az “Vesti”yə istinadla xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Qazaxıstanın “Kaspi” klubunun müdafiəçisi Kərəm Sultanovla anlaşıb.
24 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Kərəm Qazaxıstanda “Ordabası”, “Bayterek” və “Kızıl-Jar”da çıxış edib. İlin əvvəlində “Kaspi”yə keçən mərkəz müdafiəçisi komandada oyun keçirməyib.
Qazaxıstanın U-21 millisinin üzvü olmuş Sultanov bir neçə günə Azərbaycana gəlib, yeni klubuna azad agent statusu ilə qoşulacaq.