- Baxış sayı: 52
- 09 Noyabr 2026 23:25
- Baxış sayı: 230
- Noyabr 09, 2026
- 0

2020/2021 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk futbolçu keçidini reallaşdırıb. Allsport.az xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Tellur Mütəllimov “gənclik şəhəri” təmsilçisi ilə 1 illik sözləşmə imzalayıb.
25 yaşlı cinah müdafiəçisi “Qəbələ” (24 oyun, 5 qol) və “Zirə” klublarında (63 oyun, 3 qol) oynayıb. Mütəllimov Azərbaycanın U-21 (1 oyun) və A millilərinə də (1 oyun) dəvət alıb.