- Baxış sayı: 35
- 08 Sentyabr 2026 18:53
- Baxış sayı: 149
- Sentyabr 08, 2026
- 0

“Sumqayıt”da ayrılıq baş verib. Allsport.az xəbər verir ki, cənubi azərbaycanlı hücumçu Peyman Babayi “kimyaçılar”dan ayrılıb.
Peymanın icarə müqaviləsi bitib və o, məxsus olduğu İranın “Maşın Sazi” (Təbriz) klubuna dönüb.
26 yaşlı hücumçu ötən mövsüm çempionatda keçirdiyi 19 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Peyman 7 qolla çempionatın bombardirlərindən olub.