Kipr APOEL-i “Qəbələ”yə də rəqib oldu

Gənclər liqasının çempionlar yolunun ilk 2 mərhələsinin püşkatması olub. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin də bu yarışdakı rəqibləri müəyyənləşib. “Qırmızı-qaralar” turnirində 3-cü dəfə mübarizə aparacaq.

İlk mərhələdə Kiprin APOEL klubu ilə görüşəcəyik. 1-ci oyun oktyabrın Qəbələdə 2-də, cavab matçı 23-də səfərdə keçiriləcək. Bu cütün qalibi “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) qarşılaşmasının güclüsü ilə qarşılaşacaq. Bu raund noyabrın 6-da və 27-də baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” 2016/17 mövsümündə “Dinamo” (Moskva, Rusiya) ilə görüşüb və 2 oyunun nəticəsində mübarizəni dayandırıb – 0:2, 0:5. 2018/19 mövsümündə “Şerif”ə (Moldova) qalib gələn (1:1, 3:1) komandaьжя “Herta” (Almaniya) səddini keçə bilməyib – 1:3, 0:1.

Həmin kateqoriyadan