- Baxış sayı: 32
- 03 Noyabr 2026 17:24
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın prezidenti Xoan Laporta yaxın vaxtlarda “Liverpul”un baş məşqçisi Yurgen Klopp ilə görüş keçirməyi planlaşdırır.
Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssisin ətrafı bu yay “Liverpul”dan ayrıldıqdan sonra 1 illik fasilə vermək niyyətini artıq təsdiqləsə də, Laporta onunla mümkün əməkdaşlığı müzakirə etmək istəyir.
Eyni zamanda, Laporta “mavi qranatlılar”ın baş məşqçisi postuna ən çox ehtimal olunan namizədi “Bavariya”nın və Almaniya millisinin keçmiş məşqçisi Hans Flik kimi görür.