- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 116
- Sentyabr 23, 2026
- 0

UEFA 2021-ci ildən keçiriləcək 3-cü dərəcəli klub turnirinin adını təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, bu, icraiyyə komitəsinin Sloveniya paytaxtı Lyublyanadakı toplantısında gerçəkləşib.
Çempionlar və Avropa liqaları ilə yanaşı keçiriləcək turnir Konfrans liqası adlanacaq. Qarşılaşmalar cümə axşamları Mərkəzi Avropa vaxtı ilə 18:45 və 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan çempionu çempionlar, digər 3 təmsilçisi qitə deyil, Konfrans liqasında mübarizə aparacaq.