- Baxış sayı: 6
- 24 İyun 2026 16:20
- Baxış sayı: 81
- İyun 23, 2026
- 0
Çempionlar liqası və Avropa liqasında 2020/21 mövsümünün təsnifat mərhələsinin oyunları azarkeşsiz keçiriləcək. Allsport.az xəbər verir ki, UEFA icraiyyə komitəsi onlayn video konfransda bu qərarı verib. Komitənin növbəti qərarına kimi qərar qüvvədə qalacaq.
Hər iki turnirin oyunları bir mərhələdən ibarət olacaq. Pley-off mərhələsində isə cavab qarşılaşması da keçiriləcək.
“Qarabağ” çempionlar liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları isə Avropa liqasında Azərbaycanı təmsil edəcəklər.