- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk premyer liqanın 10-cu turunda “Qəbələ” ilə oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, 4:1 sevindikləri görüşdə 2 top vuran gənc futbolçu təəssüratını belə bölüşüb:
“Əslində, oyun haqda təəssüratlarım birmənalı deyil. Çünki böyük hesabla qalib gəlsək də, səhvlərimiz çox oldu. Xüsusilə, mən kobud səhvlər etdim. Bununla belə, dubla imza atdım. Dayanmaq istəmirdim, 3-cü qolu da vurmağa çalışırdım”.
O, yeni baş məşqçi Samir Abbasovla bağlı suala cavabı belə olub: “Bu məşqçini çoxdan tanıyıram. Əvvəllər onunla işləmişəm. Ümid edirəm, öz futbol fəlsəfəsini bizim oyuna gətirəcək. Onunla işləmək çox yaxşı və rahatdır. Hələ ən yaxşı oyunumuzu göstərmirik. Zaman keçdikcə buna nail olacağıq”.