Koçukla Əmrəlinin cəzaları açıqlandı

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Səbail”lə oyunun 15-ci dəqiqəsində “Sabah”ın futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.

“Sumqayıt” oyunda “Qarabağ”ın futbolçusu Mahir Əmrəli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun öncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qarabağ” klubu 400 manat cərimə olunub.

“Qəbələ” – “Neftçi” görüşünün oyun öncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, meydan sahibləri 400 manat cərimə olunub.

Həmin kateqoriyadan