“Köhlən atlar” “Şerif” üçün 21 futbolçunu sifariş etdi

“Qarabağ” çempionlar liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Allsport.az xəbər verir ki, xəbər verir ki, 21 nəfərlik siyahıda 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Ayxan Arazlı;

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Rauf Hüseynli, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Donald Gerye, Kevin Medina;

Yarımmüdafiəçilər: Qara Qarayev, Uroş Matiç, Xayme Romero, Abdulla Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Toral Bayramov;

Hücumçular: Mahir Emreli, Kvabena Ovusu, Musa Qurbanlı.

Avqustun 26-sı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan