“Köhlən atlar” yeni transferin müqavilə şərtlərini açıqladı

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” heyətini gücləndirməyə davam edir. Allsport.az klubun saytına istinadla xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Şaviş” klubunun mərkəz müdafiəçisi Kevin Medinanı heyətinə qatıb. Kolumbiyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu 2019-cu ilin yayından “Şaviş”də çıxış edirdi. O, daha əvvəl “Akademiko Vizeu”, “Pinhalnovense”, “Sintrense”, “Moura” və “Naval”ın da formasını geyinib. 27 yaşlı oyunçu bu mövsüm 16 matçda meydana çıxıb.

Həmin kateqoriyadan