“Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb

Allsport.az xəbər verir ki, buna Ağdam klubunun avrokuboklarda iştirakı səbəb olub.

“Köhlən atlar” quruma rəsmi müraciət edib. “Qırmızı-qaralar” klubunun razılıq məktubunu nəzərə alan PFL əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini əsas tutaraq belə addım atıb.

Ağdam təmsilçisinin ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə premyer liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı sonra müəyyənləşəcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.

Həmin kateqoriyadan