“Köhlən atlar”ın oyununda 9 qol

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qarabağ” yoxlama oyunu keçirib.

Allsport.az xəbər verir ki, Qurban Qurbanovun komandası “Qarabağ-2” ilə üz-üzə gəlib.

Yanvarın 5-də qış toplanışına start verən Premyer Liqa klubu 7:2 hesablı qələbə qazanıb. “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar.

Həmin kateqoriyadan